Baner çapı müasir reklam və brend kommunikasiya vasitələrinin ən güclülərindən biridir. Rəqabətin artdığı bir dövrdə markanızı tanıtmaq və ilk baxışdan yadda qalmaq üçün doğru vizual təqdimat vacibdir. Indigo Çap Şirkəti olaraq sizə yüksək keyfiyyətli, davamlı və diqqətçəkən baner çapı həlləri təqdim edirik.

İstər ticarət sərgisi, istər açıq hava reklamı, istərsə də sadəcə ofis önündə yerləşəcək sadə bir banner olsun- bütün çap məhsullarımız brendinizi düzgün təqdim etməyə yönəlib. Çünki reklam dünyasında görünməyən mövcud deyil.

Baner nədir?

Baner məsafədən seçilən, brendin mesajını cəlbedici vizual formatda təqdim edən effektiv reklam alətidir. İlk baxışda diqqəti çəkir, sadə və güclü mesajı ilə yadda qalır və potensial müştəridə davranış formalaşdırır.

Niyə baner “işləyir”?

  • Yadda qalır: Vizual mesajlar şifahi və yazılı mesajlardan daha uzun müddət yadda qalır.
  • İstiqamətləndirir: Düzgün dizayn edilmiş baner göz hərəkətini istənilən istiqamətə yönləndirə bilir.
  • Satış yaradır: Aydın mesaj və emosional ton müştəridə maraq oyadaraq qərar verməyə təkan verir.

Baner çapı növləri

Biz ehtiyaclarınızı nəzərə alaraq sizə fərqli reklam məqsədlərinə uyğun müxtəlif baner çapı növləri təklif edir:

  1. Vinil Baner
  • Hava şəraitinə davamlı material
  • Açıq hava kampaniyaları və tədbirlər üçün ideal seçim
  1. Mesh Baner
  • Külək keçirən perforasiya edilmiş tekstura
  • Tikinti sahələri və böyük fasadlar üçün təhlükəsiz variant
  1. Roll-up Baner
  • Daşınması asan, sərgilər və seminarlar üçün idealdır
  • Tez qurulur və yığılır
  1. X-Stand və Banner Standlar
  • Ticarət nöqtələri və vitrinlər üçün nəzərdə tutulub
  • Asan dəyişdirilə bilən, çox istifadəlik struktura malikdir

Baner harada istifadə olunur?

Baner çapı çoxfunksiyalı və çevik reklam vasitəsidir. Indigo-nun təklif etdiyi banerlər aşağıdakı sahələrdə geniş tətbiq olunur:

  • Ticarət sərgiləri və expo-lar: Brendinizi təmsil edən ilk vizual elementlərdən biri banerdir.
  • Mağaza və ofis fasadları: Açıq hava üçün ideal olan vinil və mesh banerlərlə daha çox diqqət çəkəcəksiniz.
  • Yollar, binalar və dayanacaqlar: Böyük ölçülü reklam üçün mesh banerlər effektiv nəticələr verir.
  • Təqdimatlar və seminarlar: Roll-up və X-stand banerlər mövzuya uyğun olaraq tədbir məkanlarında istifadə olunur.
  • Event və sosial tədbirlər: Toy sərgilərindən könüllü aksiyalara qədər hər sahəyə uyğun baner dizaynı mümkündür.

Niyə baner çapı üçün Indigo?

Indigo Çap Şirkəti olaraq Bakı şəhərində peşəkar və etibarlı baner çapı xidmətini təqdim edən lider mərkəzlərdən biriyik. Bizimlə işləmək aşağıdakı üstünlükləri təmin edir:

  • HD çap keyfiyyəti və solmaz rənglər
  • Hava şəraitinə davamlı material seçimi
  • İstənilən ölçü və format
  • Peşəkar dizayn və məsləhət xidməti
  • Sürətli icra və vaxtında çatdırılma

Siz də brendinizin görünməsini istəyirsiniz?

Indigo ilə baner çapı sifariş edərək markanızı ön plana çıxarın! Ətraflı məlumat və sifariş üçün bizimlə əlaqə saxlayın və ya sorğu göndərin. Komandamız sizə uyğun həlləri təklif etməyə hazırdır.

 

SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Konvert çapı | Rəsmi yazışmalarınıza fərq qatın

 

 

Şərh buraxın