Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilən hekayə müsabiqəsinin yekun tədbiri və mükafatlandırma mərasimi 28 fevral tarixində saat 11:00-da LIBRAFF-ın “Park Akademiya” filialında keçirilib. Müsabiqə gənc yazarların yaradıcılıq potensialının üzə çıxarılması, onların daha geniş auditoriyaya təqdim edilməsi və ədəbi mühitdə tanınırlığının artırılması məqsədi daşıyıb. İştirakçılar hekayələrini “Təsadüfi görüş”, “Gələcəyə məktub”…
